...

“AtaSığorta” ASC 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2018 19:37 (UTC +04:00)
9 ay ərzində şirkətin ümumi sığorta haqqı yığımları 16,3 milyon manat təşkil edib.
“AtaSığorta” ASC 2018-cı ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb

Bakı. Trend:

“AtaSığorta” ASC 2018-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqlayıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, cari ilin 9 ayı ərzində şirkətin ümumi sığorta haqqı yığımları 16,3 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 6,8 milyon manat (71,7 %) artıb. “AtaSığorta” ASC 2018-ci ilin 9 ayı ərzində 6,9 milyon manata yaxın sığorta ödənişi həyata keçirib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 3,6 milyon manat (112,9 %) olub.

Aktivlərinin ümumi həcmi 30,0 milyon manat civarında olan şirkət cari il ərzində nizamnamə kapitalını 2,2 milyon manat (17,7%) artıraraq 14,6 milyon manata çatdırıb. “AtaSığorta” ASC-nin 2018-ci ilin 9 ayı üzrə balans mənfəəti xalis sığorta ehtiyatlarının dəyişməsi nəzərə alınmamaqla 1,0 milyon manatdan çox olub. Eyni zamanda cari ilin 9 ayı ərzində sığorta haqqı yığımlarının artması ilə əlaqədar olaraq sabitləşdirici ehtiyatlarla birlikdə cəmi 4.9 milyon manat əlavə ehtiyatlar yaradılıb.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti