...

Manturov: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2019 14:39 (UTC +04:00)
2019-cu ilin yanvar-mart aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 561 milyon dollar təşkil edib
Manturov: Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi artır (FOTO)

Bakı. Eldar Canaşvili - Trend:

2019-cu ilin yanvar-mart aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 561 milyon dollar təşkil edib.

Trend-in məlumatına görə, bunu Rusiyanın sənaye və ticarət naziri Denis Manturov Yekaterinburqda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, eyni müddət ərzində Azərbaycandan Rusiyaya ixrac 20 faiz artaraq 150 milyon dollar, idxal isə 7,3 faiz artaraq 412 milyon dollar təşkil edib.

Görüş çərçivəsində Gəncə Avtomobil Zavodu ilə “KAMAZ” şirkəti arasında müqavilə, “ATEF” və “Qruppa Sinara”, eləcə də AZPROMO və “Qazprombank” arasında anlaşma memorandumları imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti