...

KOBİA Azərbaycanda elektron kommersiyanın inkişafını dəstəkləyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2019 15:38 (UTC +04:00)
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda elektron kommersiyanın inkişafında sahibkarlara müvafiq dəstəyi göstərəcək
KOBİA Azərbaycanda elektron kommersiyanın inkişafını dəstəkləyəcək

Bakı. Eldar Canaşvili - Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda elektron kommersiyanın inkişafında sahibkarlara müvafiq dəstəyi göstərəcək.

Trend-in məlumatına görə, bunu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov İkinci Bakı Elektron Ticarət Forumunda (BEF-2019) deyib.

Onun sözlərinə görə, bu, pərakəndə əməliyyatlarda, o cümlədən, pərakəndə ticarətdə elektron kommersiyanın böyük artım potensialı nəzərə alınmaqla həyata keçirilir.

O, həmçinin, bildirib ki, Agentliyin əsas vəzifəsi biznes mühitinin, nizamlama sistiminin səmərəliliyinin artırılması, sahibkar və startaplara dəstək diapazonunun genişlənməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti