...

Qazaxıstan və Rusiya Xəzərin bioehtiyatlarının auditi üzrə təkliflərini Azərbaycana təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2006 17:53 (UTC +04:00)

Rusiyanın Hesablama Palatası və Qazaxıstanın Respublika Büdcəsindən İstifadəyə Nəzarət üzrə Hesablama Komitəsi Xəzər dənizinin bioehtiyatlarının səmərəli istifadəsi və nərə balıqlarının rasional istifadəsinin yoxlanılmasına dair təkliflərini Azərbaycan tərəfinə təqdim edib. Trend agentliyinin məlumatına əsasən, sənədlərdə normativ-hüquqi bazanın mövcudluğu, nərə balıqlarının artırılması tədbirlərin səmərəliyi məsələləri əksini tapıb.

Hazırda Azərbaycanın müştərək şirkəti hər iki qurum üçün cavab təklifləri hazırlayıb.

"Biz əvvəllər həmin layihə üzrə analitik arayış hazırlamışdıq, lakin sonra məsələyə daha yaxından yanaşmaya ehtiyac yarandı. Biz Əli-Bayramlı və Neftçaladakı balıqbəsləmə müəssisələrində audit aparmaq niyyətindəyik" - deyə müəssisədən bildirilib.

"Üç qurum arasında saziş imzalanacaq və işlər 2006-cı ilin noyabr ayına qədər başa çatdırılacaq" - deyə Hesablama Palatasından bildirilib.

Xəbər lenti

Xəbər lenti