...

AYİB AzYES-in yenidənqurulma layihəsi üçün kreditin ayrılmasına razılıq verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2006 13:07 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Direktorlar şurası Mingəçevirdəki AzYES-in yenidənqurulma layihəsi üçün 115 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasına razılıq verdi. Bu barədə Trend AYİB-in məlumatına istinadən xəbər verib.

Razılaşmaya əsasən, "Azərenerji" podratçı ilə müqavilə imzaladıqdan sonra AYİB bütün avadanlıq həcmi üçün avans verəcək, avadanlıqlar hazırlanıb respublikaya çatdırıldıqca, qalan vəsaitlər də ödəniləcək. Bu, 2006-cı ilin sonuna planlaşdırılmış tikinti işlərinin başlanmasını gecikdərməmək üçün zəruridir.

"Azərenerji" mazut və təbii qazla işləyən 300 mV AzYES-in tikinti işlərinin başlanma prosesini tezləşdirmək istəyir (Bakıdan 300 km qərbdə). Stansiya 20 ildən artıq işləyir və onu təcili surətdə təkmilləşdirmək lazımdır, çünki bu stansiya elektrik enerjisinin əsas hissəsinin tədarükçüsü kimi ölkə üçün çox əhəmiyyətlidir. Təkmilləşdirmə layihəsinin məqsədi - zavodu layihə gücünə çatdırmaq üçün onun ümumi effektivliyinin artırılmasından ibarətdir.

AYİB-in kredit vəsaitləri, əsasən, turbin avadanlığının reabilitasiyasına və ətraf mühitin yaxşılaşdırılması üzrə tədbirlərin görülməsinə yönəldilib. 5-ci blok istisna olmaqla, 1-ci blokdan 8-ci bloka qədər yenidənqurma işlərinin dəyəri 135 milyon ABŞ dolları (vergi nəzərə alınmadan) məbləğində qiymətləndirilir və bunun 115 milyon ABŞ dollarını AYİB ayıracaq. Kredit Avropa bankının standart şərtləri əsasında - ödənişi 3 il gecikdirməklə 15 il müddətinə və libor+ 1% faiz dərəcəsi ilə veriləcək.

Xəbər lenti

Xəbər lenti