...

Azərbaycan Gürcüstana qaz ixracını artırıb

Energetika Materials 7 Oktyabr 2009 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir E.İsmayılov/

Azərbaycan Gürcüstana sutkalıq 2,3-2,4 milyon kubmetrə yaxın qaz ixrac edir. Bu barədə hökumətdəki mənbədən deyilib. Yayda Gürcüstana qaz tədarükü əhəmiyyətli dərəcədə az olub.

Mənbənin dediyinə görə, Gürcüstana ixrac edilən qazın ümumi həcminin 1,3-1,4 milyon kubmetri ARDNŞ-nin hasil etdiyi qazın payına, bir milyon kubmetrə yaxın isə Azərbaycanın "Şahdəniz" dəniz qaz-kondensat yatağından hasil edilən qazın payına düşür.

Ötən ilin noyabr ayında Gürcüstanla Azərbaycan arasında razılıq imzalanıb. Bu razılığa əsasən növbəti beş il ərzində Gürcüstan bazarında ARDNŞ-nin fəaliyyəti aktivləşəcək. Memoranduma uyğun olaraq, ARDNŞ layihənin reallaşması üçün törəmə müəssisə yaradacaq. Bu müəssisə Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş istehlakçı qruplarını (sosial qruplar) qazla təmin edəcək.

"ARDNŞ yanvar-avqust ayları ərzində Gürcüstana 645,5 milyon kubmetrə yaxın qaz ixrac edib. 2008-ci ilin müvafiq dövründə bu göstərici 167 milyon kubmetrə yaxın olub", - ARDNŞ-nin məlumatında deyilir. Avqustda ARDNŞ Gürcüstana 54 milyon kubmetrə yaxın qaz ixrac edib.

Gürcüstana qaz tədarükü 2008-ci ilin aprel ayında başlayıb. 2008-ci ildə ümumilikdə Gürcüstana 788,93 milyon kubmetrə yaxın qaz ixrac edilib.

Şəxsi qaz proqramı çərçivəsində ARDNŞ bu il 8 milyard kubmetr qaz hasil etməyi planlaşdırır. Bu həcmin 7 milyard kubmetri dövlətə veriləcək, bir miyard kubmetri isə şirkətin şəxsi ehtiyacları üçün istifadə ediləcək.

"Şahdəniz" yatağından qaz hasilatı üzrə bu ilə olan proqnoz 7,2 milyard kubmetr təşkil edir. Əvvəllər BP şirkəti (layihənin operatoru) hasilatı 7,7 milyard kubmetr səviyyəsində proqnozlaşdırıb. Ən yüksək hasilat (8,6 - 9 milyard kubmetr) gələn il əldə ediləcək.

Qaz Cənub Qafqaz boru kəməri vasitəsilə Türkiyə və Gürcüstana ixrac edilir. Azərbaycan yay ərzində "Şahdəniz" yatağından qaz əldə etməyib.

"Şahdəniz" yatağının işlənməsinə dair müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Layihə iştirakçıları bunlardır: BP (operator) - 25,5 faiz, Statoil Hydro - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti