Sumqayıt şəhərinin davamlı energetika üzrə ilkin planı hazırlanır

Energetika Materials 14 Aprel 2010 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Mayda Avropa İttifaqının INOGATE proqramının SEMISE (MDB ölkələrində enerji bazarlarının inteqrasiyası və davamlı energetika siyasətinə dəstək) layihəsi çərçivəsində Azərbaycanın Sumqayıt şəhərinin İcra Hakimiyyətinə şəhərin energetika planı təqdim ediləcək. Bunu davamlı energetika layihəsi üzrə mütəxəssis Larri Qud Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevlə görüş zamanı deyib. Bu barədə Sumqayıt ŞİH-in məlumatında deyilir.

Mütəxəssis Larri Qudun sözlərinə görə, Sumqayıt şəhərinə istixana effekti yaradan qazların miqdarının qiymətləndirilməsi də təqdim ediləcək.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən INOGATE proqramı çərçivəsində icra olunan SEMISE layihəsi kiçik texniki yardımlar üzrə proqramdır və əsasən avropalı mütəxəssislərin sifarişçi ölkəyə səfəri formasında icra olunur.

"Sumqayıt şəhərinin Merlər Sazişinə qoşulmasına hazırlıq" layihəsi iki istiqaməti - Sumqayıtda istixana effekti yaradan qazların reyestri üçün texniki tapşırığın hazırlanmasını və energetika inkişafının idarəetmə planının hazırlanması üzrə texniki dəstəyin göstərilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti