...

QIŞ MÖVSÜMÜNDƏ SİSTEM DAXİLİ ENERJİ KƏSİLMƏLƏRİ MİNİMUMA ENDİRİLƏCƏK

Energetika Materials 26 Sentyabr 2005 16:41 (UTC +04:00)

"Qış mövsümündə Azərenerji İB-də sistem daxili enerji kəsilmələri minimuma endiriləcək". Siemens-in Azərbaycandakı nümayəndəliyinin baş direktoru Samir Axundovun Trend ə bildirdiyinə görə, enerjinin kəsilmə cədvəlinin hazırlanması üzərində daim iş aparılır.

"Ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən bir neçə yarımstansiyada enerji kəsilməli olduğundan, hazırda cədvəlin hazırlanması üzərində işlər davam etdirilir. Bu cədvəl əhalinin enerji ilə təmin olunmasında öz əksini tapmayan sistem daxili kəsilmələrə aiddir. Bu işlərin həyata keçirilməsi qış mövsümünə təsadüf etsə də, onlar minimuma endiriləcək. Enerji sistemlərinin reabilitasiyası üzrə işlər də aparılacaq, lakin bu, ötürücü sistemlərdə tətbiq olunmayacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti