...

Azərbaycan Dövlət Neft Şirkəti "Azəri"-"Çıraq" və "Şahdəniz" qazı üçün yeni qaz kəməri tikir

Energetika Materials 1 Dekabr 2006 15:18 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti Səngəçal terminalının əsas qurğularından Hacıqabuldakı Kompressor stansiyasına kimi yeni qaz kəmərini tikməyə başlayıb. Trend -in məlumatına görə bu haqda ARDNŞ-də bildiriblər. Bu qaz kəməri ilə "Azəri"-"Çıraq" və "Şahdəniz" yataqlarından milli qaz nəqli sisteminə 41 bar və 90 bar təzyiqi altında qaz nəql olunacaq.

1220 millimetrlik qaz kəmətinin sutkalıq qaz ötürmə gücü 21 milyon kub metr olacaq. Bu boru kəməri ARDNŞ-in Qaz departamentinin sifarişi ilə "Kaspmornefteqazstroy" tresti tərəfindən tikiləcək. Bu layihə üzrə alt podratçı kimi Azfen müştərək müəssisəsi iştirak edəcək.

47 km uzunluğa malik qaz borsunun tikintisi iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə Səngəçal-Kalmaz (23km) və ikinci mərhələdə isə Kalmaz-Hacıqabul (24 km) tikiləcək. Boru kəmərində müasir təhlükəsizliyin bütün saamları tətbiq ediləcək. Hazırda üçqat korroziyaya qarşı izolyasiya ilə borular hazırlanır və avadanlıqlar alınır.

Xəbər lenti

Xəbər lenti