...

Azərbaycanda sahibkarlara faizlərin subsidiyalaşdırılması çərçivəsində verilən vəsaitlərin həcmi açıqlanıb

Maliyyə Materials 21 Oktyabr 2022 11:42 (UTC +04:00)
Azərbaycanda sahibkarlara faizlərin subsidiyalaşdırılması çərçivəsində verilən vəsaitlərin həcmi açıqlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi ilə əlaqədar 5 009 kredit üzrə sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənilib.

Trend-in məlumatına görə, bunu cümə günü iqtisadiyyat naziri Mİkayıl Cabbarov öz "Twitter" səhifəsində yazıb.

"1 oktyabr 2022-ci il tarixinə mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi ilə əlaqədar kredit qalığı 858,4 milyon manat olan 5 035 müraciətə baxılaraq 70,4 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib. 5 009 kredit üzrə sahibkarlara 66,6 milyon manat faiz subsidiyası ödənilib", - nazir yazıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti