...

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi elektron xidmətlərin tətbiqini genişləndirib

Telekommunikasiya Materials 18 May 2012 14:22 (UTC +04:00)
Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi elektron xidmətlərin doqquz növünün inzibati reqlamentlərini təsdiq edib.
Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi elektron xidmətlərin tətbiqini genişləndirib

Azərbaycan, Bakı, 18 may/Trend, müxbir H. Vəliyev/

Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi elektron xidmətlərin doqquz növünün inzibati reqlamentlərini təsdiq edib. Trend-in məlumatlarına görə, bu barədə cümə günü komitənin məlumatında deyilir.

Onlar arasında kadastr nömrəsi üzrə torpaq sahəsi barədə məlumatın əldə edilməsi, bələdiyyələrin xəritələrinin hazırlanması, geodeziya üzrə işlər, qravimetriyalar, fotoqrametriyalar, fortoqrafiyalar, mühəndis-geodeziya işləri, torpaq kadastrından məlumatlar üzrə arayışların verilməsi və s. var.

Dövlət Komitəsinin xidmətləri elektron xidmətlərin reyestrinə əlavə edilib. Ümumilikdə komitənin 13 elektron xidməti "Elektron hökumət" portalına inteqrasiya edilib.

Komitə tərəfindən şəbəkə internet-infrastrukturun qurulması üzrə işlər reallaşdırılıb. Hazırda qurumun regional şöbələrinin fiber-optik xətlə vahid şəbəkəyə qoşulmasının layihələndirilməsi üzrə işlər başa çatdırılıb.

Dövlət Komitəsi informasiya texnologiyaları üzrə özünün inkişaf strategiyasının hazırlanması ilə bağlı işləri tamamlayır.

Tədbirlər planına nağdsız ödənişlərin həyata keçirilməsi üçün billinq sistemlərinin tətbiqi üzrə işlər, komitənin tabeliyində olan qurumların müstəqil internet informasiya resurslarının istifadəyə verilməsi üzrə işlər, elektron imzadan istifadə edilməsi üzrə treninqlərin təşkili və s. işlər daxildir.

Xəbər lenti

Xəbər lenti