...

Azərbaycanda "İndeks və ünvanların axtarışı" məlumat bazası istifadəyə verilib

Telekommunikasiya Materials 9 Aprel 2013 16:09 (UTC +04:00)
"Azərpoçt"dan cərşənbə axşamı Trend-ə verilən məlumata görə, məlumat bazası ölkədə yeni binalar və yaşayış massivləri salındıqca yenilənəcək.
Azərbaycanda "İndeks və ünvanların axtarışı" məlumat bazası istifadəyə verilib

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir H.Vəliyev/

"Azərpoçt" MMC "İndeks və ünvanların axtarışı" məlumat bazasını istifadəyə verib.

"Azərpoçt"dan cərşənbə axşamı Trend-ə verilən məlumata görə, məlumat bazası ölkədə yeni binalar və yaşayış massivləri salındıqca yenilənəcək.

Bu axtarış sistemi "Elektron hökumət" portalına inteqrasiya edilib.

"Azərpoçt"un bu yeni elektron xidməti indeks və poçt şöbəsi haqqında məlumat almağa icazə verir.

Bunun üçün axtarışın sətirinə indeksi daxil etmək lazımdır və maraqlandıran poçt şöbəsini seçib onun yeri və iş qrafiki, həmçinin ünvanların siyahısı haqqında tam informasiya almaq, bu poçt şöbəsi tərəfindən xidmət göstərilən ünvanların siyahısı və başqa məlumatları əldə etmək mümkün olacaq.

Hazırda sistemdə olan informasiyanın 95 faizindən çoxu real vəziyyəti əks etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti