Azərbaycan, Bakı, 15 sentyabr/Trend/
Ailə TV "4 ay müddətinə Ailə TV baza paketi+Rəqəmsal qəbuledici=60 AZN" yeni aksiyasına başladığını elan edir.
Aksiyanın şərtlərinə əsasən 15.09.2014 tarixindən 15.10.2014 tarixinədək rəqəmsal yayıma qoşulan hər bir abunəçi öncədən 60 AZN ödəyərək rəqəmsal qəbuledici və Ailə TV baza paketində növbəti 4 ay 100 TV kanal izəmək imkanı əldə edir.
Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, abunəçi istəyindən asılı olaraq, rəqəmsal qəbuledici əvəzinə CAM modul da əldə edə bilər. Hər bir abunəçi bu aksiyadan yalnız bir dəfə yararlana bilər.
Aksiyaya qoşulan abunəçilər, 18+ paketi istisna olmaqla 1 ay müddətinə bütün digər paketlərdə yayımlanan TV kanalları pulsuz izləyəcəklər.
Nəzərinizə çatdırırıq ki, Ailə TV-nin yeni resiverləri HD yayımı dəstəkləyirlər. Bundan əlavə, HDMİ kabel komplektə daxil deyil və qiyməti 4 AZN-ə ayrı satılır.