...

Azərbaycanda IT şirkətlərə vergi güzəştləri tətbiq oluna bilər

Telekommunikasiya Materials 10 Dekabr 2021 14:21 (UTC +04:00)
Azərbaycanda IT şirkətlərə vergi güzəştləri tətbiq oluna bilər

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda informasiya texnologiyaları sahəsində işləyən şirkətlərə vergi güzəştləri tətbiq oluna bilər.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Mirkişili bu gün 2-ci Gənc sahibkarlar forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə sahibkarlarla görüşlər keçirilib və onlar müəyyən tələblər səsləndirib.

"IT şirkətlərin əsas tələblərindən biri vergi güzəştləri ilə bağlıdır. Sahibkarlarla görüşlər zamanı Azərbaycan IT avadanlıqların gətirilməsinin sadələşdirilməsi, idxalın vergi və rüsumlardan azad edilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib", - deyə deputat bildirib.

O qeyd edib ki, bu cür güzəştlər bir çox qonşu ölkələrdə tətbiq olunur.

"Azərbaycanda gəlir vergisindən səkkiz il müddətinə azad edilmiş və ya azad edilə biləcək sahibkarlıq sahələri mövcuddur. Amma bir çox ölkələrdə vergilərin 1-2 faiz azaldılması təcrübəsi tətbiq olunur. Məsələn, bu model Rusiya, Polşa, Belarus və Ukraynada istifadə olunur", - T.Mirkişili deyib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti