...

Rayonlarda 65 kənd qonaq evi yaradılıb

Turizm Materials 27 Mart 2023 11:08 (UTC +04:00)
Rayonlarda 65 kənd qonaq evi yaradılıb

Bakı. Trend:

"Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi çərçivəsində Dağlıq Şirvan, Quba-Xaçmaz, Lənkəran-Astara və Şəki-Zaqatala iqtisadi rayonlarında 65 kənd qonaq evi yaradılıb.

Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agenyliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tvitterdə yazıb.

O qeyd edib ki, KOBİA və tərəfdaşların dəstəyi ilə icra olunan layihə regionlarda sahibkarlığı təşviq edir.

Xatrıladaq ki, layihənin məqsədi kənd turizminin inkişafına və kəndlərdə məşğulluğa dəstək göstərməkdir. İlk mərhələdə rayonlarda turistlər üçün kənd qonaq evləri kimi fəaliyyət göstərəcək 50 sahibkarlıq subyektinin təsis olunması nəzərdə tutulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti