...

Azərbaycan ciddi investorların cəlb edilməsinin başlanğıc mərhələsindədir -"GlobalRating Group"un baş direktoru ilə müsahibə (video)

Dünya xəbərləri Materials 19 Dekabr 2007 11:05 (UTC +04:00)
Azərbaycan ciddi investorların cəlb edilməsinin başlanğıc mərhələsindədir -"GlobalRating Group"un baş direktoru  ilə müsahibə (video)

Azərbaycan, Bakı / " müxbir İ.Xəlilova / Trend ın "GlobalRating Group"un baş direktoru Riçard Heynsvortla müsahibəsi.

"GlobalRating Group" MDB ölkələrində milli reytinq agentliklərini birləşdirir. Reytinq agentlikləri əsasən Rusiya (RusRating) və Qazaxıstanda (KzRating), indi isə Azərbaycanda yaradılıb. Yaxın vaxtlarda "GlobalRating Group"un tərkibinə Ukrayna (UaRating) və Qırğızıstan da (KgRating) daxil olacaq. Agentliklərin əsas fəaliyyəti bankdlara kredit reytinqlərinin verilməsi və MDB-nin maliyyə bazarının müxtəlif seqmentlərinə dair analitik xülasələrin hazırlanmasından ibarətdir.

- Azərbaycana səfər etməkdə məqsədiniz nədir və Azərbaycanın bank sektorunun qiymətləndirilməsinin başlanğıcı ölkənin iqtisadi inkişafı ilə nə dərəcədə bağlıdır?

- Bu mənim Bakıya ilk səfərim deyil. İlk dəfə mən Bakıya 1989-cu ildə ailəmlə birlikdə gəlmişdim, lakin bu mənim peşə fəaliyyətimlə bağlı deyildi. Hazırki səfərim il yarım bundan əvvəl olduğu kimi, Azərbaycan bankları ilə görüşlərin keçirilməsi, "GlobalRating - AzeriRating" (Azərbaycan) yeni milli reytinq agentliyinin qeydiyyatı ilə bağlıdır. Biz Azərbaycanın bank sektoru ilə bağlı hesabat hazırlamışıq və bu hesabat bu yaxınlarda dərc olunacaq. Biz bankları bank sektoruna təklif etdiyimiz xidmətlərlə tanış etmək istəyirik. Mən, agentliyim barədə bir neçə kəlmə söz demək istərdim. Biz reytinq agentliklərinin şəbəkəsini yaratmışıq. Hələ ki, fəaliyyətimizi bank sektoruna yönəltmişik, lakin "GlobalRating"i hərtərəfli agentlik kimi inkişaf etdirməyi planlaşdırırıq. Hesab edirik ki, reytinq agentliyi maliyyə bazarında "fikir" rolunu oynayır, agentlik eminentlər, şirkətlər, müəssisələr, ümumilikdə iqtisadiyyat barədə öz nöqteyi-nəzərini ifadə edir. Bu "fikr"in həm yerli, həm də beynəlxalq xarakter daşıması lazımdır.

Hazırda dünya bazarında üç "fikir" mövcuddur. ( Dünyada üç aparıcı reytinq agentliyi mövcuddur-

"Fitch Ratings", "Moody's Investor" və "Standard & Poor's" - Trend ). Bu reytinq şirkətləri Amerika şirkətləridir, lakin bu kifayət deyil. Bizə elə gəlir ki, hər bir ölkə konkret ölkəyə məxsus olan aspektlər üzrə iqtisadiyyatın subyektlərini qiymətləndirəcək agentliyə malik olmalıdır. Buna görə də "AzeriRating" Azərbaycanda birinci reytinq agentliyidir. Biz əminik ki, banklar, müəssisələr və tənzimləyicilər etirf edərlərsə ki, hesabatın keyfiyyəti bankların, müəssisələrin, eminentlərin risklərinin həqiqi qiymətləndirilməsinin əks etdirilməsindən asılıdır, onda bu agentliyin fəaliyyəti uğurlu olacaq, onlar başqa ölkələrdə olduğu kimi özləri bu məhsulları alacaqlar. Öz reytinq agentliyinə malik olmaq hazırki maliyyə bazarının daha bir elementi deməkdir.

- Azərbaycanın bank sektorunun inkişafında hansı problemlər və risklər mövcuddur?

- Azərbaycan indi ciddi investorların cəlb edilməsinin başlanğıc mərhələsindədir. Azərbaycanda bir çox enerji resursları var, buna görə də ölkə iri investorlar cəlb edib, lakin onlar ölkəyə iqtisadiyyatın inkişaf etdiyi üçün deyil, yerin altında qiymətli sərvətin olması ilə əlaqədar gəlirlər. Elə bir şərait yaratmaq lazımdır ki, yerüstü sərvətlər yeraltı sərvətlər qədər qiymətli olsun. Mənə elə gəlir ki, Azərbaycan bu inkişafın başlanğıc mərhələsindədir. İnvestorlar nəyin axtarışındadır? Onlar kimlə iş görəcəklərini və vəsaitlərin nə vaxt veriləcəyini bilmək istəyirlər. İqtisadiyyat nə qədər şəffaf olarsa, bazar investorlar üçün bir o qədər cəlbedici olacaq. Azərbaycanın cəlbedici olması birbaşa olaraq şəffaflıqla bağlıdır.

- Reytinq agentliklərinin riskləri əvvəlcədən görmək imkanlarını nəzərə alsaq, nə üçün qlobal likvidlik böhranı baş verdi və reytinq agentliklərinin bu böhranda günahı nədən ibarətdir?

- Bəli, onlar çaşıblar və vəziyyəti düzgün qiymətləndirməyiblər. Digər tərəfdən, hər bir maliyyə analitiki bilir ki, konsentrasiyanın olduğu yerdə risklər də mövcud olur. İstənilən risk nə vaxtsa itkiyə səbəb olur. Likvidlik böhranı yalnız üç beynəlxalq reytinq agentliyinin fikrinin bütün dünya tərəfindən qəbul edilməsi üzündən baş verdi. Bütün dünya ipoteka vərəqlərinin dəyərinin qiymətləndirilməsi zamanı bu agentliklərin fikrinə əsaslanırdı ki, bu da konsentrasiyadır. Buna görə də ipoteka böhranını mən risk üzrə birinci qlobal böhran adlandırardım. Beynəlxalq aləm nə qədər bu üç agentliyin fikrinə əsaslanarsa, böhranlar baş verməkdə davam edəcək. Biz insanları risklərin qiymətləndirilməsinə daha çox cəlb etmək məqsədilə bu agentlikləri yaratmaq istəyirik.

- Azərbaycanın bank sistemi iqtisadiyyatın tələblərinə nə dərəcədə cavab verir? Ölkənin bank sektoruna hansı tövsiyələr verə bilərsiniz?

-Bütün MDB ölkələri üzrə demək olar ki, bank sistemləri nə iqtisadiyyatın, nə də bu ölkədə yaşayan insanların tələblərinə cavab verir. Lakin irəliləyişlər şübhəsiz ki, mövcuddur. Azərbaycanda, eləcə də digər ölkələrdə banklar təkcə iri müşətərilərə xidmət sayəsində deyil, eləcə də banklarla necə əməkdaşlıq etməyi bilməyə ehtiyacı olan əhalinin sayəsində də inkişaf etməlidir. Buna görə də banklara əhalinin təlimi ilə daha çox məşğul olmağı, pərakəndə xidmətlərin, bank məhsullarının çeşidini genişləndirməyi tövsiyə edirəm.

Xəbər lenti

Xəbər lenti