Müxalif partiya "Hizbullah" bazar ertəsi Səd əl-Həririnin dünən axşam Prezident Mişel Süleymana təqdim etdiyi Livan hökumətinin heyətini kəskin tənqid edib. Al Jazeera saytı məlumat verib.
60 gün ərzində formalaşdırılan əl-Həririnin yeni hökumətinə 30 nazirlik daxildir. Əl-Həririnin "14 mart" koalisiyasının rəhbərliyi altında parlament əksəriyyəti 15 portfel, bu zaman isə "Hizbullah" "8 mart" koalisiyası kimi 10 yer alır. Qalan beş yer Prezident Süleyman tərəfindən bölüşdürülməlidir.
Bundan dərhal sonra əl-Həriri kabinetin tərkibini elan edən kimi, xristian müxalifətinin lideri və iranyönlü "Hizbullah"ın müttəfiqi Mişel Aun bildirib ki, Səd əl-Həriri kabinetin formalaşmasını istəmir, sadəcə olaraq vaxt uzadır və öz bildiyi kimi hərəkət edir.
"Əl-Həriri yeni adət gətirmək istəyirsə (kabinetin formalaşdırılmasına), onda qoy kabinetin formalaşdırılması üçün başqalarını axtarsın", - Aun deyib. Məlumatı Milli Livan agentliyi yayıb.
"Hizbullah" partiyasının telekanalı "əl-Manar" əl-Həririnin addımlarını tənqid atəşinə tutub və əlavə edib ki, qərbyönlü siyasətçilərin təklifləri milli barışığın gələcəkdəki müqəddəratında bir çox suallar doğurub.
Əl-Həriri, Prezident Süleymanın ona parlament seçkilərində qələbənin yekunları ilə bağlı yeni kabinetə rəhbərlik etməyi tapşırandan sonra milli birlik hökumətini formalaşdırmağa çalışır. "Hizbullah" parlamentdə 11 yer alıb.
Sosial İnkişaf Partiyasının lideri Vəlid Cambulat bir neçə həftə əvvəl hökumətin formalaşdırılmasınadək əl-Həriri koalisiyasını tərk edib. Lakin bildirib ki, əvvəlki kimi onun siyasətini dəstəkləyir.
Əl-Həriri, həmçinin "Hizbullah"dan prezidentə parlamentdə veto hüququ və İsrailə qarşı silahlanma hüququnu verməyi tələb edir. Bununla da müxalifət razı deyil.
İyunda İsrailin Baş naziri Benyamin Netanyahu Beyrutu xəbərdar edib ki, "Hizbullah" nazir portfeli alsa, əl-Həriri hökuməti partiyanın İsrailə qarşı hərbi addımlarına cavabdehlik daşıyacaq.
İl ərzində Qətərin paytaxtı Dohada müqavilənin imzalanmasından sonra Livan siyasətçiləri qərbyönlü və suriyayönlü partiyalar arasında hökumətdaxili dialoq təşkil etməyə çalışırlar.
Ölkənin cənub rayonlarına nəzarət edən "Hizbuillah"ın güclü və yaxşı hazırlanmış ordusu var. "14 mart" koalisiyası dəfələrlə "Hizbullah"ı Livanın milli təhlükəsizlik qüvvələrinin sabitliyini pozmaqda ittiham edib.