Azərbaycan, Bakı, 22 fevral /Trend/
Fevralın 21-də Ermənistanın ABŞ-ın Los-Anceles şəhərindəki konsulluğunun binası qarşısında Ermənistanda prezident seçkilərinin yekunları ilə bağlı etiraz aksiyası keçirilib. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər verir.
"Nə qədər ki, seçkilər zamanı yol verilən saxtalaşdırmaların nəticələri aradan qaldırılmayıb və Mərkəzi Seçki Komissiyası tərəfindən elan edilmiş rəsmi rəqəmlər etimad doğurmur, Serj Sarkisyanı yenidən seçilmiş prezident hesab etmək qəbuledilməzdir. Etiraz aksiyası yolu ilə bütün saxtakarların cəzalandırılmasını, eləcə də diasporda fəaliyyət göstərən bütün təşkilat və müəssisələri Serj Sarkisyanı vaxtından əvvəl qələbə münasibətilə təbrik etməkdən çəkinməyə çağırırıq", - aksiya təşkilatçılar tərəfindən yayılan bəyanatda deyilir.