Azərbaycan, Bakı, 25 fevral /Trend/
Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) İrs Partiyasının lideri Raffi Ovannisyanın fevralın 18-də keçirilmiş prezident seçkilərində hazırkı dövlət başçısı Serj Sarkisyanın namizədliyinin qeydiyyatının etibarsız hesab edilməsi barədə tələbini rədd edib. Bu barədə Trend "Novosti-Armeniya"ya istinadən məlumat verirr.
Qeyd edək ki, Ovannisyan seçkilərin nəticələrini tanımır və fevralın 20-dən Yerevanda və Ermənistanın vilayətlərində mitinqlər keçirir.
Ərizəni MSK-ya Ovannisyanın səlahiyyətli nümayəndəsi Armen Martirosyan təqdim edib. O, tələbini onunla əsaslandırıb ki, Sarkisyanın seçkiqabağı xərcləri haqqında bəyannaməsinə mindən artıq seçki qərargahının icarəsinə və plakatlara sərf edilən vəsaitlər daxil edilməyib.
Öz növbəsində, MSK rəhbəri bu tələbi rədd etməsini göstərilən xərclərin təbliğat vəsaitlərinin təyinatı üzrə olmaması ilə əsaslandırıb.