Azərbaycan, Bakı, 4 mart /Trend/
Bazar ertəsi müxalif "İrs" Partiyasının lideri Raffi Ovannisyanın nümayəndələri fevralın 18-də keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı Ermənistan Konstitusiya Məhkəməsinə şikayət ərizəsi veriblər.
Bu barədə Trend bazar ertəsi "Novosti-Armeniya"ya istinadən məlumat verir.
Qeyd edək ki, fevralın 18-də keçirilmiş prezident seçkilərinin nəticələrinə əsasən, indiki dövlət başçısı Serj Sarkisyan 58,64 faiz səslə qalib gəlmişdi.