...

Ermənistanın Konsitutsiya Məhkəməsi prezidentliyə keçmiş namizədlərin iddialarının müzakirəsinə başlayıb

Dünya xəbərləri Materials 11 Mart 2013 11:39 (UTC +04:00)

Ermənistanın Konstitusiya Məhkəməsi prezidentliyə keçmiş namizədlər Raffi Ovannisyan və Andrias Quakasyanın MSK-nın fevralın 25-də dərc etdiyi fevralın 18-də keçirilən prezident seçkilərinin yekun nəticələrinin etibarsız sayılması ilə bağlı iddialarının müzakirəsinə başlayıb.Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Novosti-Armenia" məlumat yayıb.

Hər iki iddiyaya birlikdə baxılır.

Raffi Ovannisyanın məhkəmədə maraqlarını deputat Zarui Postancyan və "İrs" fraksiyasınımn hüquqşünası Karen Meclumyan, Andrias Qukasyanın isə öz maraqlarını özü müdafiə edir.

Prezident Serj Sarqsyanı isə məhkəmədə ədliyyə naziri Qrayr Tovmasyan və parlamentin dövlət-hüquq məsələləri üzrə komitəsinin rəhbəri David Arutyunyan təmsil edir.

Məhkəmədə cavabdeh şəxslər kimi isə MSK-nın rəhbəri Tiqran Mukuçyan və Mərkəzi seçki komissiyasının hüquq bölməsinin rəhbəri Nune Ovvanisyan çıxış edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti