...

Suriyada hərbi əməliyyatlar üçün Türkiyənin "İncirlik" hərbi bazasından istifadə oluna bilər

Dünya xəbərləri Materials 26 Avqust 2013 11:42 (UTC +04:00)
Qərb ölkələri tərəfindən Suriyada hərbi əməliyyatlar başlanacağı təqdirdə Türkiyənin İncirlik hərbi bazasından istifadə oluna bilər.
Suriyada hərbi əməliyyatlar üçün Türkiyənin "İncirlik" hərbi bazasından istifadə oluna bilər

Azərbaycan, Bakı, 26 avqust / Trend, müxbir A. Tağıyeva/

Qərb ölkələri tərəfindən Suriyada hərbi əməliyyatlar başlanacağı təqdirdə Türkiyənin "İncirlik" hərbi bazasından istifadə oluna bilər. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet" qəzeti yazır.

Bildirilir ki, İncirlik bazasının istifadə olunması avqustun 30-da İordaniyada 11 ölkənin yüksək hərbi komandanlığının toplantısında müzakirəyə çıxarılacaq.

Həmçinin qəzet yazır ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən gün ABŞ-ın dövlət katibi Con Kerri ilə növbəti telefon danışığını aparıb. Söhbət zamanı qeyd olunub ki, Rusiya və Çin yenidən BMT Təhlükəsizlik Şurasının qərarını boykot edərsə, Suriyadakı qanlı qarşıdurmanın qarşısının alınmasında digər vasitələrə əl atılacaq.

Qeyd edək ki, Suriyada növbəti qarşıdurma avqustun 21-də qeydə alınıb. Bir sıra KİV-in bildirdiyinə görə, Suriya hökuməti Dəməşq ətrafında kimyəvi silahdan istifadə edib. Avqustun 21-də qeydə alınan qarşıdurmada rəsmi məlumatlara görə, 600 nəfər ölüb. Müxalifət mənbələrinin məlumatına görə isə ölənlərin sayı 1300 nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti