...

ABŞ 1991-ci ildən Ukraynaya 5 milyard dollar yatırıb

Dünya xəbərləri Materials 22 Aprel 2014 04:57 (UTC +04:00)
ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland etiraf edib ki, Vaşinqton Ukraynada "güclü, demokratik hökumət" qurmaq üçün 1991-ci ildən 5 milyard dollar sərf edib.
ABŞ 1991-ci ildən Ukraynaya 5 milyard dollar yatırıb

Azərbaycan, Bakı, 22 aprel /Trend/

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland etiraf edib ki, Vaşinqton Ukraynada "güclü, demokratik hökumət" qurmaq üçün 1991-ci ildən 5 milyard dollar sərf edib. Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə CNN teleşirkəti bazar ertəsi məlumat yayıb.

Jurnalistin "Doğrudurmu ki, ABŞ Ukraynada demokratiyanın inkişafı üçün 5 milyard dollar xərcləyib?" sualına Nuland belə cavab verib: "ABŞ Sovet İttifaqı dağıldıqdan sonra - 1991-ci ildən bəri Ukraynaya təxminən 5 milyard dollar yatırıb. Bu pul Ukrayna xalqının güclü, demokratik hökumət qurmaq səylərinin dəstəklənməsinə sərf olunub".

Bu zaman ABŞ dövlət katibinin köməkçisi vurğulayıb: "Biz, əlbəttə ki, Maydan üçün pul xərcləmədik". Nulandın sözlərinə görə, "bu, təbii hərəkət idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti