...

BƏƏ-də iranlı məktəb direktoru həbs olunub

Dünya xəbərləri Materials 14 Oktyabr 2015 11:31 (UTC +04:00)
Ötən gün Birləşmiş Ərəb Əmirliklərinin Əl-Eyn şəhərinin prokurorluğu İranın bu ölkədə fəaliyyət göstərən orta məktəb direktoru Şahbaz Qudərzinin həbsi ilə bağlı qərar çıxarıb.
BƏƏ-də iranlı məktəb direktoru həbs olunub

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Təmkin Cəfərov/

Ötən gün Birləşmiş Ərəb Əmirliklərinin Əl-Eyn şəhərinin prokurorluğu İranın bu ölkədə fəaliyyət göstərən orta məktəb direktoru Şahbaz Qudərzinin həbsi ilə bağlı qərar çıxarıb. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, Ş.Qudərzi BƏƏ-nin Əl-Eyn bölgəsində fəaliyyət lisenziyasının olmadığı və qanunsuz fəaliyyət ittihamı ilə saxlanılıb.

Qeyd edək ki, İranın BƏƏ-də fəaliyyət göstərən orta məktəblərində dərs deyən 9 kişi müəllim və 13 qadın müəllimə 10 gün öncə saxlanılıb. Onlar Əl-Eyn bölgəsində iş fəaliyyəti üçün lazımi lisenziyanın olmaması ittihamı ilə saxlanılıblar. 13 qadın müəllimə daha sonra zəmanətə buraxılsa da, 9 kişi müəllim hələ də həbsdədir.

BƏƏ-də yaşayan iranlıların sayı çox olduğu üçün İranın bu ölkədəki səfirliyinin nəzdində BƏƏ-nin müxtəlif şəhərlərində orta məktəblər fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti