Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə və Qətər birgə hərbi-dəniz təlimləri keçirəcəklər. Trend-in məlumatına görə, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, birgə hərbi-dəniz təlimləri avqustun 6-7-də Qətərin ərazi sularında keçiriləcək.
Qeyd edək ki, artıq 214 hərbi heyətlə "TCG Gökova" Türkiyə gəmisi Qətərin Hamad limanına çatıb.
Xatırladaq ki, iki ölkə birgə təlimlərə avqustun 2-də başlayıb. Təlimlər Rarik bin Ziyad hərbi bazasında keçirilir.