...

"Apple" yenilənmiş "MacBook Pro" noutbukunu təqdim edib

Dünya xəbərləri Materials 22 May 2019 06:40 (UTC +04:00)
"Apple" şirkəti ilk dəfə olaraq səkkiznüvəli prosessor ilə təchiz olan "MacBook Pro" noutbuk modelini təqdim edib
"Apple" yenilənmiş "MacBook Pro" noutbukunu təqdim edib

Bakı. Trend:

"Apple" şirkəti ilk dəfə olaraq səkkiznüvəli prosessor ilə təchiz olan "MacBook Pro" noutbuk modelini təqdim edib.

Trend-in məlumatına görə, bu barədə şirkət öz rəsmi saytında bildirib.

Məlumata əsasən, yenilənmiş "MacBook Pro" səkkizinci və doqquzuncu nəsil Intel prosessorları ilə təchiz olunacaq ki, bu da onu keçmiş modellərdən daha sürətli edəcək. Əvvəlki kimi, noutbuk, iki ölçüdə təqdim olunacaq - 13 və 15 düym və iki rəng variyasiyasında - "gümüş" və "boz kosmos".

"MacBook Pro"nun böyük versiyası altı və səkkiz nüvəli prosessorlar ilə olacaq. 13 düymlük versiya yenilənmiş dördüncü prosessor ilə təchiz olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti