Bakı. Trend:
Türkiyədə 2020-2021-ci tədris ili bu gün başlayıb.
Trend-in məlumatına görə, ölkənin Milli Təhsil naziri Ziya Səlçuk şərti ilk zəngi çalıb.
Nazir bildirib ki, sentyabrın 18-ə kimi təhsil məsafədən davam edəcək.
Onun sözlərinə görə, sentyabrın 21-dən sonrakı dövr üçün müvafiq qərar vəziyyətə uyğun olaraq qəbul ediləcək.