...

Çinin şimal-qərbində dağ marafonu zamanı ən az 16 nəfər öldü

Dünya xəbərləri Materials 23 May 2021 05:44 (UTC +04:00)
Çinin şimal-qərbində dağ marafonu zamanı ən az 16 nəfər öldü

Bakı. Trend:

Çinin Qansu vilayətində keçirilən ultra marafon zamanı ən az 16 nəfər öldü və beş nəfər itkin düşdü.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi xilasedicilərə istinadən bildirib.

Məlumata əsasən, 100 km məsafəlik dağ yürüşü ötən gün səhər Bayin şəhəri yaxınlığında başlayıb. Bu müddət ərzində hava şəraiti kəskin pisləşib, təfərrüatlar verilməyib.

Xilasetmə qrupları saat 03:00-da 16 nəfərin ölümünü təsdiqlədi, marafonda itkin düşən beş iştirakçının axtarışı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti