...

Çində dağ marafonu zamanı ölənlərin sayı 21-ə yüksəlib

Dünya xəbərləri Materials 23 May 2021 08:46 (UTC +04:00)
Çində dağ marafonu zamanı ölənlərin sayı 21-ə yüksəlib

Bakı. Trend:

Çinin Qansu vilayətində ultra marafon zamanı ölüm sayı 21-ə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə Global Times qəzeti xəbər verib.

Məlumata əsasən, axtarış qrupları yarışın itkin düşən iştirakçılarının sonuncusunun cəsədini tapıb.

Bildirilib ki, hadisə nəticəsində səkkiz nəfər xəsarət alıb.

Yerli hakimiyyət orqanları hadisənin səbəblərini hərtərəfli araşdırmaq üçün qrup yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti