...

Hindistanda quş qripinə görə 25 mindən çox ev quşu kəsiləcək

Dünya xəbərləri Materials 18 Fevral 2022 08:06 (UTC +04:00)
Hindistanda quş qripinə görə 25 mindən çox ev quşu kəsiləcək

Bakı. Trend:

Hindistanın Maharaştra ştatında yüksək patogenli H5N1 quş qripi virusunun epidemiyası qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə "NDTV" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, Şahapur dairəsindəki fermada infeksiyanın yayılmasının qarşısını almaq üçün yaxın günlərdə 25 mindən çox ev quşu kəsiləcək.

Bu, Hindistanda bu ildə qeydə alınan ilk quş qripi epidemiyası deyil. Ötən gün Bihar ştatının hakimiyyəti H5N1 virusundan Patna şəhəri yaxınlığındakı fermada təxminən 4 000 quşdan 787-ni öldüyünü, qalan quşların kəsildiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti