...

Çində sonuncu kosmonavt qrupu orbitə göndərilib

Dünya xəbərləri Materials 30 Noyabr 2022 07:26 (UTC +04:00)
Çində sonuncu kosmonavt qrupu orbitə göndərilib

Bakı. Trend:

Çinin kosmik stansiyasının quraşdırılması üçün sonuncu missiya olan “Şencou-15”ə (“Shenzhou-15”) start verilib.

Trend-in məlumatına görə, bu barədə Çinin Kosmos Agentliyi xəbər verib.

Bildirilib ki, kosmik gəmini orbitə aparan “Böyük yürüş-2F Y15” (Long March-2F Y15) raketdaşıyıcısının buraxılışı yerli vaxtla axşam saat 23:08-də Qobi səhrasındakı Ciuçüən kosmodromunda baş tutub.

“Şencou-15” kosmik gəmisində daha əvvəl kosmosda olmuş Fey Cunlon (heyətin komandiri), habelə debütant kosmonavt Den Çinmin və Can Lu orbitə göndərilib. “Şencou-15” kosmik stansiya ilə birləşəndən sonra kosmonavtlar (Çində onları taykonaut adlandırırlar) stansiyaya keçəcəklər. Onlar hazırda stansiyada olan digər 3 kosmonavtla birgə müəyyən tapşırıqları yerinə yetirəcəklər. Bununla da ilk dəfə olaraq Çin kosmonavtları kosmosda yerdəyişmə edəcək və “Şenco-14”ün 3 nəfərlik heyəti 6 aylıq fəaliyyətdən sonra Yerə qayıdacaq. Elə “Şencou-15” missiyasının da təxminən 6 ay kosmosda qalması planlaşdırılıb. Onlar kosmik stansiyada kosmonavtların fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri yerinə yetirəcəklər. Kosmonavtların açıq kosmosda bir neçə əməliyyat icra etmələri də planlaşdırılıb.

Bu, Çinin orbitə göndərdiyi 11-ci, ölkənin kosmik stansiyasının quraşdırılması üçün isə 4-cü insan missiyasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti