...

Britaniya xüsusi təyinatlılarına "TikTok"dan istifadə qadağan edilib

Dünya xəbərləri Materials 6 Mart 2023 04:28 (UTC +04:00)
Britaniya xüsusi təyinatlılarına "TikTok"dan istifadə qadağan edilib

Bakı. Trend:

Böyük Britaniya xüsusi təyinatlılarına təhlükəsizlik səbəbi ilə iş telefonlarında Çinin "TikTok" sosial şəbəkəsindən istifadə qadağan edilib.

Trend xəbər verir ki, bu barədə mənbələrə istinadən "Daily Mail" məlumat yayıb.

Məlumata əsasən, onlara həmçinin şəxsi smartfonlardan da "TikTok"a daxil olmamaq tövsiyə olunub.

Qeyd edilir ki, bu qərar tətbiqin məlumatları Çin və Rusiyaya ötürə biləcəyi ilə bağlı narahatlıqlarla bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti