...

ABŞ Kubaya qarşı ticarət embarqosunu daha bir il uzatdı

Dünya xəbərləri Materials 14 Sentyabr 2023 02:57 (UTC +04:00)
ABŞ Kubaya qarşı ticarət embarqosunu daha bir il uzatdı

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden Kubaya qarşı ticarət məhdudiyyətlərini daha bir il - 2024-cü il sentyabrın 14-dək uzadıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirib.

"Əminəm ki, Kubaya qarşı bu tədbirlərin bir il müddətinə uzadılması ABŞ-ın maraqlarına xidmət edir", - deyə Amerika lideri bəyanatda vurğulayıb.

Qeyd edək ki, Birləşmiş Ştatlar 1961-ci ildə adadakı Amerika mülkiyyətinin milliləşdirilməsinə cavab olaraq Kuba ilə diplomatik əlaqələri kəsmiş və bundan sonra ticarət, iqtisadi embarqo elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti