...

Türkiyədə İŞİD əleyhinə əməliyyat keçirildi: 70 şübhəli saxlanıldı

Dünya xəbərləri Materials 11 Yanvar 2024 16:29 (UTC +04:00)
Türkiyədə İŞİD əleyhinə əməliyyat keçirildi: 70 şübhəli saxlanıldı
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı keçirilən "Kahramanlar-40" əməliyyatı çərçivəsində 70 nəfər şübhəli şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Nazirin sözlərinə görə, Türkiyənin 16 vilayətində həyata keçirilən əməliyyat bu il yanvarın 9-da başlayıb və bu gün başa çatıb.

Əməliyyat zamanı aparılan yoxlamalarda xeyli miqdarda pul, "Hawala" pulköçürmə sisteminə aid qəbzlər və qeydlər aşkarlanıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti