...

Blinken yaxın həftələrdə Nulandın istefaya gedəcəyini açıqlayıb

Dünya xəbərləri Materials 6 Mart 2024 01:26 (UTC +04:00)
Blinken yaxın həftələrdə Nulandın istefaya gedəcəyini açıqlayıb

Bakı. Trend:

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə vəzifəsini tərk edəcək.

Trend-in məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinken bildirib.

“Viktoriya Nuland mənə dedi ki, yaxın həftələrdə Dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsindən ayrılmaq niyyətindədir. Bu postda ikən, o, Prezident Co Baydenin diplomatiyanı xarici siyasətimizdə mərkəzi mövqeyə qaytarmaq, ölkəmiz və bütün dünya üçün kritik bir dövrdə Amerikanın qlobal liderliyini canlandırmaq istəyini təcəssüm etdirib”, - deyə Blinkenin yaydığı yazılı açıqlamada qeyd olunur.

Antoni Blinken Nulandın istefasından sonra onun səlahiyyətlərini müvəqqəti olaraq Dövlət katibinin müavini Con Bassın icra edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti