...

Qəzza razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar yaxın günlərdə başlayacaq - HƏMAS

Dünya xəbərləri Materials 15 Fevral 2025 01:22 (UTC +04:00)
Qəzza razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar yaxın günlərdə başlayacaq - HƏMAS

Bakı. Trend:

Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqların gələn həftənin əvvəlində başlayacağı gözlənilir.

Trend-in məlumatına görə, bu barədə HƏMAS Siyasi Bürosunun sözçüsü Taher əl-Nunu deyib.

"Razılaşmanın ikinci mərhələsi üzrə danışıqların gələn həftənin əvvəlində başlayacağı gözlənilir", - deyə o bildirib.

Əl-Nunu əlavə edib ki, razılaşmanın birinci mərhələsinin icrası çərçivəsində vasitəçilər fələstinlilərin müvəqqəti yerləşdirilməsi üçün daha ​​çox çadır və qoşquların, eləcə də dağıntıların təmizlənməsi üçün ağır texnikanın Qəzzaya daxil olmasını təmin edəcəklərini vəd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti