...

Rusiya “Rəşt-Astara” dəmiryolu xəttinin tikintisinin ən yaxın zamanda başlayacağına gözləyir - Lavrov

Dünya xəbərləri Materials 25 Fevral 2025 17:36 (UTC +04:00)
Rusiya “Rəşt-Astara” dəmiryolu xəttinin tikintisinin ən yaxın zamanda başlayacağına gözləyir - Lavrov
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya “Rəşt-Astara” dəmiryolu xəttinin tikintisinin ən yaxın zamanda başlayacağını gözləyir.

Trend xəbər verir ki, bunu Tehranda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Araqçı ilə birgə mətbuat konfransında bildirib.

“Biz iranlı dostlarımızın “Rəşt-Astara” dəmiryolu xəttinin tikintisindən əvvəl atılması tələb olunan bütün addımları atmalarından məmnunluq ifadə edirik və tikintinin ən yaxın zamanda başlayacağını gözləyirik.

Bu məqsədlə Rusiya tərəfindən ixrac krediti ayrılacaq. Rəşt-Astara sahəsi olduqca vacib bir addımı atmağa imkan verəcək, belə ki, o, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tamqiymətli buraxılışı zəruri olan hissədir”, - deyə S.Lavrov bildirib.

Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən, bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti