...

ABŞ Konqresi Trampın tətbiq etdiyi rüsumları ləğv edə bilər

Dünya xəbərləri Materials 8 Aprel 2025 21:00 (UTC +04:00)
ABŞ Konqresi Trampın tətbiq etdiyi rüsumları ləğv edə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ konqresi ABŞ prezidenti Donald Trampın xarici ölkələrdən idxal olunan məhsullara rüsum tətbiq etməsinə imkan verən fövqəladə səlahiyyətini ləğv edə bilər.

Trend xəbər verir ki, bu haqda Demokratik partiyadan olan senator Elizabet Uorren öz “X” səhifəsində yazıb.

“ABŞ öz tarixində ilk dəfə olaraq - bir şəxsin bütövlükdə fond bazarını məhv etdiyi situasiya ilə üz-üzə qalıb”, -deyə o yazıb.

Uorren bu təşəbbüsdə Respublikaçı qanunvericiləri də demokratlara dəstək olmağa çağırıb.

Xatırladaq ki, 2 aprel tarixində ABŞ Prezidenti Donald Tramp yeni gömrük rüsumları sistemini təsdiqləyib. Əsas rüsum dərəcəsi bütün idxal olunan məhsullar üçün 10% təşkil edir, ayrı-ayrı ölkələr üçün isə bu göstərici daha yüksək olacaq: Məsələn, Çin üçün 34%, Vyetnam üçün 46%, Avropa İttifaqı üçün isə 20%.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti