...

Polşada "Rusiya casusu" həbs olunub

Dünya xəbərləri Materials 11 İyun 2025 12:14 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Rusiyanın xeyrinə casusluqda şübhəli biniinən Bıdqoş şəhər sakinini həbs edib.

Trend xəbər verir ki, bu barədə Polşa DİN mətbuat katibi Yatzek Dobjinski öz “X” sosial şəbəkəsində yazıb.

28 yaşında olan, adı açıqlanmayan şəxsə qarşı casusluq ittihamı ilə cinayət iş açılıb.

İddiaya görə, həmin şəxs Rusiya kəşfiyyatının maraqları daxilində fəaliyyətə, o cümlədən, müdafiə təyinatlı, strateji əhəmiyyətli obyektlərlə bağlı məlumatların toplanması və ötürülməsinə razılaşıb.

Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Təqsiri məhkəmə yolu ilə sübut olunacağı təqdirdə onu 8 ildən ömürlüyə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti