...

Stinq Avropada konsertləri təxirə saldı - SƏBƏB?

Mədəniyyət Materials 10 İyul 2019 15:54 (UTC +04:00)
Britaniyalı müğənni Stinq Avropada planlaşdırılan daha 3 konsertini təxirə salıb
Stinq Avropada konsertləri təxirə saldı - SƏBƏB?

Bakı. Trend:

Britaniyalı müğənni Stinq Avropada planlaşdırılan daha 3 konsertini təxirə salıb.

Trend-in məlumatına görə, bu barədə müğənninin “Twitter” səhifəsində deyilir.

Stinq iyulun 10-dan 12-dək Almaniyanın Münhen və Ştutqart, Çexiyanın Slavkov şəhərlərində nəzərdə tutulan konsertlərdə çıxış etməyəcək.

Bundan əvvəl isə o, Belçikada caz festivalında həkimlərin tövsiyəsinə əsasən çıxış etməmişdi.

Müğənninin səhhəti ilə bağlı hər hansı bir məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti