...

"Metropolitan Opera" koronavirusa görə mövsümü vaxtından əvvəl başa vurdu

Mədəniyyət Materials 20 Mart 2020 05:55 (UTC +04:00)
"Metropolitan Opera" koronavirusa görə mövsümü vaxtından əvvəl başa vurdu

Bakı. Trend:

"Metropolitan Opera" teatrı yeni növ koronavirus pandemiyası səbəbindən cari mövsümünü vaxtından əvvəl tamamladı.

Trend-in məlumatına görə, rəhbərliyinin müvafiq bəyanatı teatrın saytında dərc edilib.

"Biz təəssüflə bildiririk ki, "Metropolitan Opera" 9 May 2020-ci ildə başa çatmalı 2019-2020 mövsümünün qalan hissəsini koronavirus pandemiyasına görə ləğv edib", - bəyanatda bildirilir.

"Metropolitan Opera"nın baş direktoru Piter Helb deyib: "İstər tamaşaçılar, istərsə də teatr rəhbərliyi üçün çətin olan bu qərarın qəbul edilməsi görünməmiş böhran fonunda qaçılmaz idi". Qeyd edilir ki, teatrın gözlənilməz xərcləri təxminən 60 milyon dollar təşkil edib. Artıq "Metropolitan Opera" rəhbərliyi artistlərə, orkestrin musiqiçilərinə və səhnə işçilərinə əmək haqqının ödənilməsini dayandırıb.

"Metropolitan Opera" 1880-ci ildə Nyu-Yorkda yaradılıb və 22 oktyabr 1883-cü ildə Şarl Qunonun "Faust" operası ilə açılışını edib. Hazırda o, repertuarlarının əsas hissəsi klassik əsərlərdən təşkil edilən dünyanın ən nüfuzlu opera teatrlarından biri hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti