Bakı. Ceyhun Ələkbərov - Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların nümayəndələrinin Sumqayıt şəhərinə səfərini təşkil edib.
Trend-in məlumatına görə, Sumqayıt şəhərinin inkişafı ilə yaxından tanış olmaq məqsədilə təşkil olunan bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 60-dan çox nümayəndəsi iştirak edib.
Səfər çərçivəsində xarici diplomatlar Sumqayıt Kimya Sənaye Parkında Karbomid və Polipropilen zavodları ilə, Sumqayıt Dram teatrı ilə tanış olub, Kimyaçı Mədəniyyət sarayında və Heydər Əliyev Mərkəzində olublar, Şahmat və Uşaq İncəsənət məktəblərinə baş çəkib, eləcə də Sumqayıt Bulvarı və Bayraq Muzeyi ilə tanış olublar.