Akademik: Prezident İlham Əliyevin Nəsimi irsinə böyük diqqət və qayğısı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir

Akademik: Prezident İlham Əliyevin Nəsimi irsinə böyük diqqət və qayğısı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir

Bakı. Elçin Mehdiyev - Trend:

Martın 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar görüş keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, dahi şair Nəsiminin yaradıcılığı Azərbaycan ədəbiyyatında mühüm yer tutur.

Tədbirdə çıxış edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu bildirib ki, Azərbaycanın dərin dini-fəlsəfi biliyə malik görkəmli şairi Nəsiminin ədəbiyyatımızın inkişafında ən böyük xidmətlərindən biri Azərbaycan dilində fəlsəfi qəzəlin banisi olmasıdır: "Ona qədər Azərbaycan dilində fəlsəfi qəzəl yazan olmayıb. Həmin dövrdə ana dili ilə yanaşı, ərəbcə və farsca əsər yazan ilk Azərbaycan şairi də Nəsimi olub".

Alimin sözlərinə görə, insan zəkasının və gözəlliyinin tərənnümçüsü olan şairin yaradıcılığına xas olan digər xüsusiyyət odur ki, Nəsimi bütün əsərlərini əruz vəznində yazıb: "Əruz vəzni bizə ərəb dilindən gəlib. Nəsiminin xidmətlərindən biri odur ki, o, əruz vəznini dilimizə tətbiq edərək Azərbaycan dilinin təkmilləşdirilməsi və türk əruzunun formalaşmasına mühüm töhfələr verib".

M.Nağısoylu qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ana dilimizin və elmimizin inkişafı ilə bağlı bir sıra mühüm addımlar atıb: “Bu addımlardan biri də Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli sərəncamı idi. Ona görə ki, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir-şairimiz İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz bu nöqteyi-nəzərdən çıxış edən Prezident İlham Əliyev böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinin ölkəmizdə daha yüksək səviyyədə, layiqincə qeyd olunması məqsədilə 11 yanvar 2019-cu il tarixində “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi” haqqında daha bir sərəncam imzaladı. Hər iki sərəncamı Prezidentin ədəbiyyatımıza xüsusi diqqət göstərməsinin əyani sübutu kimi qiymətləndirmək olar.
Prezident İlham Əliyevin ədəbiyyatımızın ən görkəmli nümayəndəsi İmadəddin Nəsimi irsinə bu qədər böyük diqqət və qayğısı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə hesab olunur. Eyni zamanda, Azərbaycan ədəbi dilinin inkişafında misilsiz xidmətləri olan böyük sənətkarın şərəfinə Prezidentin sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması Azərbaycanın elmi və ədəbi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir”.

Akademikin fikrincə, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Onun sözlərinə görə, ulu öndər hələ respublikaya rəhbərliyinin birinci dönəmində elmə, mədəniyyətə, ədəbiyyata və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşıb, bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Nəsimi yaradıcılığının dilimizdə və ədəbiyyatımızda oynadığı rolu nəzərə alan ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 1973-cü ildə Azərbaycanda Nəsiminin 600 illik yubileyi qeyd edilib:

“Bilirsiniz ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi Azərbaycanda təntənəli surətdə qeyd edilib. Bununla yanaşı, ulu öndər 1973-cü ildə böyük söz ustadının 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsinə nail olub. Həmin tədbirlər zamanı şairin yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Yubiley çərçivəsində Azərbaycanda şairin əsərləri ərəb, fars, ingilis və başqa dillərə tərcümə olunub, onun ərəbcə və farsca yazdığı bəzi əsərləri isə doğma ana dilimizə tərcümə edilərək nəşr olunub. Bundan əlavə, 600 illik yubiley çərçivəsində Nəsiminin adının o vaxt Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutuna verilməsi də təsadüfi deyil. Çünki Nəsimi irsinin araşdırılması yönündə aparılan bütün tədqiqatlar sübut edir ki, Azərbaycan ədəbi dilinin tarixində, onun zənginləşməsində dahi şairin böyük xidmətləri olub. Buna görə onun adının əbədiləşdirilməsi məqsədilə 1973-cü ildə bizim İnstituta Nəsiminin adı verilib. Bununla yanaşı, 1973-cü ildə “Nəsimi” bədii filmi çəkilib. Yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində şairin möhtəşəm heykəli ucaldılıb”.

Akademik əlavə edib ki, ümummilli liderin həmin təşəbbüsünü, sözün əsl mənasında, ulu öndərin xalqımızın şairinə sahib çıxması baxımından da yüksək dəyərləndirmək olar: "Çünki o dövrdə Nəsimini öz adlarına çıxmaq istəyənlər vardı. Məsələn, Türkmənistanda, İraqda, həmçinin Suriyanın Hələb şəhərində Nəsimini öz şairləri hesab edirdilər, hətta indi də belə cəhdlər olur. Bu da təsadüfi deyil. Nəsimi yaradıcılığı elə yüksək zirvədədir ki, ona göz dikənlər olduqca çoxdur. Məhz bu baxımdan Nəsiminin Azərbaycan şairi, ədəbiyyatımızın görkəmli nümayəndəsi olmasının UNESCO xətti ilə bütün dünyaya elan edilməsi, tanıdılması ulu öndərin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. Beləliklə, Nəsiminin yubileyinin ona layiq şəkildə qeyd edilməsi ulu öndərin ədəbiyyatımıza nə dərəcədə böyük dəyər verdiyinin əyani sübutudur. Onun layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarını da həmin müdrik ənənənin davamı kimi qiymətləndirimək olar".

Sonra tədbirdə gənclərin sualları cavablandırılıb.

230 tender və 1061 kotirovka sorğusunun nəticələri ləğv edilib
230 tender və 1061 kotirovka sorğusunun nəticələri ləğv edilib
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Loading Bars
Xəbər lenti
230 tender və 1061 kotirovka sorğusunun nəticələri ləğv edilib
Sabah 28 dərəcəyədək isti olacaq
SOCAR bu ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Xroniki xəstəliyi olan insanlar oruc tutarkən ehtiyatlı olmalıdır - Nazirlik
Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Koronavirusdan qorunmaq üçün xüsusi qida var? - Səhiyyə Nazirliyindən açıqlama
Yaxın vaxtlarda şəhid ailələri və qazilər üçün növbəti yaşayış kompleksinin açılışı olacaq
DİN dövriyyədən 68 kiloqram narkotik vasitə çıxarıb (FOTO/VİDEO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Bir neçə ölkədən quş əti idxalı dayandırılıb
Hindistanda koronavirusa yoluxma və ölüm hallarında ən yüksək göstərici qeydə alınıb
Minaya düşən hərbi qulluqçumuz şəhid olub
Eldar Quliyev həyat yoldaşının yanında dəfn olunacaq - Nazirlik
Balakəndə koronavirus xəstəsinə cinayət işi açılıb
Ötən gün borca görə 18 nəfər saxlanılıb
İmişlidə müştərilərə qəlyan təklif edən çay evi aşkarlanıb
2342 şəhid ailəsinə vəsiqə verilib
Türkiyədə kriptovalyutanın istifadəsi qadağan olundu
Yaxın günlərdə müharibə əlillərinə avtomobillərin verilməsinə başlanılacaq
Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunur
Yunanıstanın qaz idxalında Azərbaycanın payı açıqlanıb
"8 Noyabr" prospektində yenidənqurma işləri aparılır (VİDEO)
AZAL-ın Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
ABŞ-da atışma - Ona yaxın ölü, çoxlu yaralı var
Vergi Xidməti kartlardan böyük məbləğdə vəsaitin tutulmasına aydınlıq gətirib
Azərbaycanda süni intellekt sahəsində beynəlxalq konfrans keçiriləcək
Saatlıda gecə saatlarında işləyən çayxana aşkarlanıb
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyonu ötdü
Yasamalda ağaclar düzgün budanmayıb - ETSN (FOTO)
Lənkəranda qaçırılan avtomobil Masallıda tapıldı (FOTO)
Xalq artisti Eldar Quliyev vəfat edib
SOCAR qaz anbarlarının doldurulmasının başlayacağı vaxtı açıqlayıb
BDYPİ Rusiyaya gedən yük maşınlarına xəbərdarlıq etdi - Cəriməsi olanlar buraxılmaycaq
2021-ci il İslam Həmrəylik Oyunları təxirə salına bilər
Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Ötən gün 13 nəfər xilas edilib - FHN-nin əməliyyat görüntüləri (VİDEO)
Bu il 17,6 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb
İtaliya nümayəndə heyəti Ağdamda səfərdə olub (FOTO)
Azər Türk Bank birinci rübü mənfəətlə başa vurub
Ötən gün evini tərk edən daha 10 koronavirus xəstəsi saxlanıldı
Sahibsiz iti vurmaq istəyərkən 13 yaşlı oğlanı güllələyib öldürdü
Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşları peyvənd olunublar (FOTO)
Kapital Bank və “Qırmızı Ürəklər” şəhidlərin xatirəsinə ağac əkiblər
Ağdam rayonunun Bağbanlar kəndi (VİDEO)
Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil - XİN
Lənkəranda qadını vurub öldürən sürücü saxlanıldı (FOTO)
Mingəçevir Dövlət Universitetinin rektoru Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüşüb (FOTO)
Aprelin 16-da xarici valyutaların manata qarşı məzənnələri
Bu gün növbəti buraxılış imtahanları keçiriləcək
Qazaxıstanda son sutkada koronavirusa 2 656 nəfər yoluxub
Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət bir daha erməni barbarlığının şahidi oldu - Pərvin Kərimzadə
ATƏT Minsk Qrupu həmsədrlərinin turistik diplomatiya sevdası yenidən baş qaldırıb - TƏHLİL
Rusiya Böyük Britaniya ilə aviaəlaqənin dayandırılmasını uzadır
Bayden Cənubi Koreya prezidentilə mayda Vaşinqtonda görüşəcək
Pentaqon Qara dənizə iki esminesini göndərmək planını dəyişib
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
İraqın Mosul şəhərində dağıntılar altından 1,59 milyon dollar, kiloqramlarla qızıl və gümüş tapılıb
Futbol üzrə Avropa Liqası yarımfinalının komandaları məlum oldu
Portuqaliyanın paytaxtında cüdo üzrə Avropa çempionatına start verilir
Daşkəsəndə yol polisi reyd keçirib (FOTO)
Rusiya üç Polşa diplomatını ölkədən xaric edəcək
Dünyada koronavirusa yoluxanların sayı 135,6 milyonu ötüb - ÜST
Bakıda özünü dənizə atan şəxs xilas edilib
Sabirabadda ikimərtəbəli evdə yanğın olub
Polşa üç Rusiya diplomatını “persona non qrata” elan edib
Azərbaycanlıların Türkiyədə daşınmaz əmlak alışı azalıb
Türkiyədə son sutkada koronavirusdan 54 894 nəfər sağalıb
Ağdamda 3 min hektara yaxın ərazi minalardan təmizlənib
Zəngəzur dəhlizi regionun sosial-iqtisadi rifahına, sülh və təhlükəsizliyə birbaşa təsir edəcək - Deputat
ADA Universitetində Virtual Karyera Sərgisi keçirilir
“Əsas Məsələ”də Aleksandr Lukaşenkonun Azərbaycana səfəri müzakirə olunub (VİDEO)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək
Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir - Milli Məclisin Sədri (FOTO)
Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb (FOTO)
Prezident İlham Əliyev Cibutinin dövlət başçısını təbrik edib
Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır - Leyla Abdullayeva
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Ramazanın 3-cü gününün duası, imsak və iftar vaxtı
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib (FOTO)
“myGov” mobil tətbiqinin yeni imkanları ictimaiyyətə təqdim edilib (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib (FOTO/VİDEO)
Auditorlar Palatası üzvləri “Tərəqqi” medalı ilə təltif edildi
Bakıda ictimai təşkilatın ofisindən oğurluq edən şəxslər saxlanılıb (FOTO/VİDEO)
Dövlət Gömrük Komitəsinin sədri Erkan Özoral ilə görüşüb
İspaniya Azərbaycanın neft-kimya sektorunda yeni layihələrdə iştirak etməyə hazırdır - XİN
YAP Gənclər Birliyi Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib (FOTO)
Azərbaycan XİN ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatına münasibət bildirib
Dini etiqad azadlığı sahəsində qanunvericilik təkmilləşdirilir
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
Bakıda 8 marşrutun istiqaməti dəyişdirildi
İraqda partlayış törədilib
AQTA 20 müəssisədə kobud pozuntular aşkarlayıb - SİYAHI
Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt AÇIQLANDI
Azərbaycanda hamilə qadınlar fol turşusu və dəmir preparatlarla təmin olunacaq
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Energetika naziri ictimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Azərbaycan və Qırğızıstan parlament rəhbərləri ölkələrarası əlaqələri müzakirə ediblər (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlanıb
Bütün xəbərlər