Bakı. Trend:
Ağstafa Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun əməkdaşları rayon ərazisində fiziki məhdudiyyətli vətəndaşlaırmıza şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmət keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə keçirilən tədbir rayonun Köçəsgər və Mollacəfərli kəndlərində baş tutub. Səyyar xidmət zamanı ümumilikdə 20-dən çox vətəndaşın sənədləri qəbul edilib. Onların arasında azyaşlılar da olub.
Sakinlər onlara göstərilən bu diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, Ağstafa RPŞ-nin kollektivinə öz təşəkkürlərini bildiriblər.