...

Hacıqabul gölünün bərpası ilə bağlı müzakirələr aparılacaq

Gündəm Materials 26 Yanvar 2023 15:16 (UTC +04:00)
Hacıqabul gölünün bərpası ilə bağlı müzakirələr aparılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası ilə bağlı görüşlər keçiriləcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O qeyd edib ki, həmin göl quruyub, ətrafda olan torpaqlardan başqa məqsdələr üçün istifadə olunur.

“Artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müəyyən danışıqlar aparılıb. Məsələ ilə bağlı işçi qrupu yaradılacaq və arayış hazırlanacaq. Keçən ildən mövcud məsələ iş planına daxil edilsə də, məsələ həllini tapmamışdı. Ona görə də qərara alınıb ki, mövzunu yenidən müzakirəyə çıxaraq”, - deyə komitə sədri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti