...

"TikTok"da ödənişli videolar olacaq

Gündəm Materials 8 Mart 2023 10:05 (UTC +04:00)
"TikTok"da ödənişli videolar olacaq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"TikTok" ödənişli məzmun sistemini rəsmi olaraq elan edib.

Trend-in məlumatına görə, bu yeni sistemdə istifadəçilər pul ödəməklə 20 dəqiqədən ibarət 80 video "Series" seriyasına daxil ola biləcəklər.

"TikTok"-un yaydığı açıqlamaya görə, "Series" adlı xüsusiyyət məzmun istehsalçılarının ödənişli məzmun istehsal edib istənilən qiymətə satmasına imkan verir.

Hər bir “Series” cəmi 80 videodan ibarət ola bilər və hər video maksimum 20 dəqiqə uzunluğunda olacaq. Beləliklə, istifadəçilər "Series" satın aldığı zaman 26,6 saata qədər eksklüziv videolara giriş əldə edəcəklər.

"Series"-dən əldə edilən bütün gəlirlərin qısa müddətə fasiləsiz birbaşa məzmun istehsalçılarına veriləcəyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti