...

Ağstafada iki minik avtomobili toqquşub, biri yanıb

Gündəm Materials 18 Avqust 2023 08:34 (UTC +04:00)

Bakı. Trend:

Ağstafa rayonunda iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ağstafa rayonunda (Bakı-Qazax avtomobil yolunun 462-ci kilometrliyi) “VAZ” markalı iki minik avtomobili toqquşub.Nəticədə bir minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti