...

Azərbaycan gömrükçüləri qədim dini kitab, sikkələr və medalların aparılmasının qarşısını alıblar

Hadisə Materials 30 İyun 2012 10:17 (UTC +04:00)
Azərbaycan gömrükçüləri qədim dini kitab, sikkələr və medalların aparılmasının qarşısını alıblar.
Azərbaycan gömrükçüləri qədim dini kitab, sikkələr və medalların aparılmasının qarşısını alıblar

Azərbaycan, Bakı, 30 iyun / Trend müxbir M.Əliyev/

Azərbaycan gömrükçüləri qədim dini kitab, sikkələr və medalların aparılmasının qarşısını alıblar.

Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin şənbə günü yaydığı məlumatda bildirilir ki, Azərbaycan vətəndaşı Dadaşov İlqar Nurəddin oğlu Bakıdan Sankt-Peterburqa "Svəhennoe Evanqelie" kitabı aparmaq istəyərkən Hava Limanında saxlanılıb. Dadaşov İlqardan aşkar olunan kitab ekspertizadan keçirilməsi üçün M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına göndərilib. Milli Kitabxananın ekspert rəyinə əsasən təqdim edilmiş üzərində "Svəhennoe Evanqelie" sözləri yazılmış kitab köhnə rus əlifbası ilə çap olunmuş dini kitabdır. XIX əsrin II yarısında çap olunduğu ehtimal olunan kitabın üz qabığı xüsusi bədii tərtibatla qiymətli metaldan işlənilib. Mühüm tarixi əhəmiyyət kəsb edir, ölkədən çıxarılmasına icazə verilmir və xüsusi rejimdə qorunması və bərpa olunmasına ciddi ehtiyac var.

Digər Azərbaycan vətəndaşı Kosayev Murad Avtandil oğlundan isə gömrükçülərin baxışı zamanı bəyan etmədiyi ümumi çəkisi 7,6 kq olan gümüş metaldan hazırlanmış müxtəlif ölçülü boyunbağılar, qolbaqlar, üzüklər, sırğalar, kulonlar, qaşıqlar və s. məmulatlar, onların qırıntıları, habelə XIX-XX-ci əsrlərə aid olan sikkələr və medallar aşkar edilərək protokol əsasında götürülüb.

Xəbər lenti

Xəbər lenti