Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İ.İzzət/
Qazax rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 1-də saat 22.00 radələrində Qazax rayonu ərazisində, Sənan Paşayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla Məmməd Şərifovun idarə etdiyi "Mercedes" markalı sərnişin avtobusu toqquşub.
Nəticədə sərnişinlərdən Araz Quliyev hadisə yerində ölüb, xəsarət almış digər sərnişin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Faktla əlaqədar cinayət işi açılıb.