...

"VAZ-2107" sübh çağı Bakıda qəza törətdi, adam öldü

Hadisə Materials 22 Aprel 2013 15:10 (UTC +04:00)
Xəzər rayonu Pirallahı qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
"VAZ-2107" sübh çağı Bakıda qəza törətdi, adam öldü

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir İ.İzzət/

Xəzər rayonu Pirallahı qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 21-də saat 05:30 radələrində Pirallahı qəsəbəsi ərazisində qəsəbə sakini Rüstəm Əhmədov idarə etdiyi "VAZ-2107" markalı avtomaşını yolun kənarındakı ağaca vurub.

Nəticədə Əhmədov hadisə yerində, xəsarət almış sərnişini - həmyerlisi Seyid Nurəliyev isə xəstəxanaya aparılarkən yolda ölüblər.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti